Səyyah Sindibad - Возвращение Синдбада

Səyyah Sindibad - Возвращение Синдбада



28 Sep 19:00 - 22:00 - Baku
Heydər Əliyev Sarayı

Route

Azərbaycanın ilk rok-operası

“Səyyah Sindibad”

2018-ci ilin may ayında Heydər Əliyev Sarayında “Səyyah Sindibad” rok-operası təqdim olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində ilk dəfə olaraq yazılan “Səyyah Sindibad” adlı əsərin müəllifi bəstəkar və müğənni, klassik vokal məktəbinin nümayəndəsi Rizvan Sədirxanovdur. İki il müddətində ərsəyə gələn operanın adı məşhur “Min bir gecə nağılları”nın ən maraqlı hissələrindən olan “Dəniz səyyahı Sindibadın nağılı”ndan götürülüb.
Multikultural layihə olan rok-operada dünya klassiklərinin şeirlərindən nümunələr, azərbaycan, rus, ingilis, italyan, çex dilində mətnlər və eyni zamanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın şeirləri də yer alıb.




Əsərdə Mikayıl Rəfiyev (Sindibad), Gülşən İbadova (Zöhrə), Emil Minyaşev (Qoruyucu mələk), Rizvan Sədirxanov (Bosman) çıxış edirlər. Həmçinin tanınmış musiqiçilər Azər Rza, Cavid Səmədov, Şamil Kərimov, Yuliya Motorina, Mila Rzayeva, İsmayıl Yakubov, İlham Nəzərov, Nərgiz Əlizadə, Ədalət Şükürov və digərləri də rok-operanı ifa edirlər.

Operanın musiqi prodüseri Emil Minyaşev, rəssamı Marina Kuznetsovadır. Ariyaların mətnləri Leyla Əliyeva, Azad Hacıyev, Rafael Hüseynov, Alessandro Milani, İosef Sladek, Şəmsi Qacar, Nikolay Qumelyova və başqalarına məxsusdur. Musiqinin bütün janrlarının yer aldığı bir saat 40 dəqiqəlik əsər musiqisevərlər tərəfindən böyük maraqla qarşılanacaq.

Qeyd edək ki, Azərbaycan musiqisində yenilik olan əsərin müəllifi Rizvan Sədirxanov ölkəmizdən kənarda musiqi sənətimizin layiqli nümayəndəsi kimi tanınır. Dəfələrlə nüfuzlu vokal müsabiqələrinin qalibi, dramatik tenor Rizvan Sədirxanov İtaliyada Musiqi akademiyasında təhsil alıb. Akademiyanı bitirdikdən sonra müxtəlif ölkələrdən olan məzunlar arasından seçilərək İtaliyada Benyamin Cili adına nüfuzlu tenorlar müsabiqəsində iştirak etmək hüququ qazanıb. O, mötəbər müsabiqədə ən yaxşı iştirakçı kimi qəbul olunur və xüsusi mükafata layiq görülür. Rizvan Sədirxanova mükafatı XX əsrin böyük tenoru, dünya opera sənətinin ulduzu Franko Korelli şəxsən təqdim edib. Rizvan Sədirxanovun yaradıcılıq fəaliyyəti illərində, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə dünya klassik musiqisinin inciləri, Azərbaycan və xarici ölkə şairlərinin sözlərinə bəstələnmiş müxtəlif dillərdə mahnıların toplandığı “Səmimi qəlbdən” və “Şairin ürəyi” adlı iki musiqi albomu işıq üzü görüb. İtaliya, Rusiya, Türkiyə və İsraildə konsertləri, iri miqyaslı digər musiqi tədbirlərində çıxışları, ustad dərsləri baş tutub. Müxtəlif illərdə Müslüm Maqomayev, Fidan və Xuraman Qasımovalar, Fərhad Bədəlbəyli və başqa görkəmli müğənnilərlə eyni səhnədə çıxış edib. Rizvan Sədirxanovun Azərbaycan və xarici ölkələrdən olan tələbələri dünyanın məşhur musiqi akademiyalarında təhsil alır və opera səhnələrində çıxış edirlər.


Past Events

Rock Hits Show

14 Apr 19:00 - 22:00 14 Apr 19:00 - 22:00 - Baku Baku
Heydər Əliyev Sarayı Heydər Əliyev Sarayı
Heydər Əliyev Sarayı sizləri Sankt-Peterburqdan olan məşhur dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun rəhbərliyi altında orkestr ifasında təqdim ounan Rock Hits Show...   More info

Ələddin ilk uşaq müziklının premyerası

15 Apr 13:00 - 16:00 15 Apr 13:00 - 16:00 - Baku Baku
Heydər Əliyev Sarayı Heydər Əliyev Sarayı
Aprelin 15-də Heydər Əliyev Sarayında Azərbaycanın Ələddin adlı ilk uşaq müziklinin premyerası olacaq. Müziklin quruluşçu-rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti...   More info

Planet Parni iz Baku - Nataşa ti prişol?

17 Apr 19:00 - 20 Apr 22:00 17 Apr 19:00 - 20 Apr 22:00 - Baku Baku
Heydər Əliyev Sarayı Heydər Əliyev Sarayı
Aprelin 17,18,19, 20 də Heydər Əliyev Sarayında Planet Parni iz Baku KVN teatrının təqdimatında Nataşa, ti prişol? adlı konsert keçiriləcək. Saat 19:00 da başlayacaq konsertin...   More info

Jazzeri Bands

21 Apr 19:00 - 22:00 21 Apr 19:00 - 22:00 - Baku Baku
Heydər Əliyev Sarayı Heydər Əliyev Sarayı
JAzzeri Bands Aprelin 21-də Heydər Əliyev Sarayında tanınmış caz ifaçılarının konsert proqramı keçiriləcək. jAzzeri Bands caz musiqisi axşamında bəstəkar, ustad caz musiqiçi...   More info

Mübariz Tağıyev - 70

25 Apr 19:00 - 22:00 25 Apr 19:00 - 22:00 - Baku Baku
Heydər Əliyev Sarayı Heydər Əliyev Sarayı
Mübariz Tağıyev 70 Aprelin 25-də Heydər Əliyev Sarayında Azərbaycanın xalq artisti Mübariz Tağıyevin 70 illik yubiley gecəsi keçiriləcək. Yubiley gecəsində, Xalq artistləri...   More info

Müasir estrada ifaçılarının konserti

03 May 19:00 - 22:00 03 May 19:00 - 22:00 - Baku Baku
Heydər Əliyev Sarayı Heydər Əliyev Sarayı
Müasir estrada ifaçılarının konserti Martın 18-də Heydər Əliyev Sarayında Müasir estrada ifaçılarının konserti keçiriləcək. Konsertdə Eldar Qasımov, Nərmin Kərimbəyova, Kənan...   More info

Свинка ПЕППА / Кукольное шоу в Баку

13 May 11:30 - 14:30 13 May 11:30 - 14:30 - Baku Baku
Heydər Əliyev Sarayı Heydər Əliyev Sarayı
Инфо и билеты: (051) 303-35...   More info

Вечеринка у Монстров

03 Jun 13:00 - 16:00 03 Jun 13:00 - 16:00 - Baku Baku
Heydər Əliyev Sarayı Heydər Əliyev Sarayı
Впервые в Баку Звезды Театра и Кино Егор Сальников (СТС), Андрей Свиридов (ТНТ) и Театральная компания ПРИZАГРУП представляет Лучший семейный спектакль-сказку 2018 года Вечеринка...   More info

Dostlar Asimanda görüşür

09 Jun 17:00 - 19:00 09 Jun 17:00 - 19:00 - Baku Baku
Heydər Əliyev Sarayı Heydər Əliyev Sarayı
  More info


© 2019 Siguez